XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Aprel 2016 - 17:17

Aureliya Qriqoriu:"Azərbaycan qətiyyətini dünyaya nümayiş etdirdi"

trend_aureliya_qriqoriu_080415_5 (1)

Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin aqressiv təxribatlarına uğurla cavab verərək ordusunun texniki və mənəvi üstünlüyünü bütün dünyaya göstərdi.

Bunu Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriu deyib.

A.Qriqoriu bildirib ki, Azərbaycan ərazi bütövlüyünü istənilən yolla qorumaq qətiyyətini bütün dünyaya nümayiş etdirdi.

Onun sözlərinə görə, status-kvonun saxlanılması barədə söhbət belə gedə bilməz, çünki status-kvonu yalnız bu münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmayanlar dəstəkləyə bilər.

A.Qriqoriu qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət həqiqətən də qan tökülməsini istəmirsə, məhz indi Azərbaycanı dəstəkləməli və Ermənistanı işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, eləcə də digər nüfuzlu beynəlxalq strukturların sənədlərinin tələblərinə əməl etməyə məcbur etməlidir(Trend).