XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 19:33

Məmmədyarov İstanbuldasəudiyyəli həmkarı ilə görüşdü

elmar-memmedyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən Zirvə toplantısında iştirakı çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən və İƏT çərçivəsində birgə fəaliyyətdən məmnunluq ifadə olunub və əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazirlər iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə nümayəndə heyətlərinin mübadiləsi, XİN-lərarası təmasların artırılması və yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsinin zəruriliyini bildiriblər.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.