XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 19:43

Türkiyə baş nazirinin adından sammit iştirakçılarınınşərəfinə nahar verilib

14606411036497426777_1000x669

Türkiyə baş naziri Əhməd Davudoğlunun adından İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin iştirakçılarının şərəfinə nahar verilib. Azərbaycan prezidenti İlham Əliyev də naharda iştirak edib.

Mərasimdə çıxış edən Türkiyənin Baş naziri Əhməd Davudoğlu İslam Əməkdaşlıq Təşkilatının bu Zirvə görüşünün səmərəli olacağına əminliyini ifadə etdi. Bu Sammitin dünyanın çox mürəkkəb vaxtında keçirildiyini deyən Türkiyə hökumətinin başçısı İslam dünyasının İstanbuldan beynəlxalq aləmə sülh və əməkdaşlıq mesajı verdiyini diqqətə çatdırıb.

“İslam dünyası tarixdə bütün mədəniyyətlərin mərkəzi olub, ən güclü dövlətlər bu məkanda yaranıb”, – deyən Əhməd Davudoğlu ümidvar olduğunu bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı bu coğrafiyada sülh və sabitliyin bərqərar olmasına yardım edəcək.