XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 13:02

Moskvada azərbaycanlı konsulu döyəntaksi sürücüsü saxlanılıb

kreml

Moskvada Azərbaycan səfirliyinin əməkdaşını döyən şəxs saxlanılıb. 

Səfirliyin əməkdaşına edilən hücumdan sonra o, polis tərəfindən müəyyənləşdirilib və şöbəyə çatdırılıb.

Hücum edənin 31 yaşlı Haybula Hacıyev olduğu müəyyən olunub.

Qeyd edək ki, aprelin 15-dən 16-na keçən gecə Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin Konsul şöbəsinin müdiri, müşavir Emil Məhərrəmov taksi ilə evinə gedərkən sürücü tərəfindən kobud şəkildə döyülüb.

E.Məhərrəmov təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə çatdırılıb. Ona burada ilkin tibbi yardım göstərilib.

Bu məişət insidenti ilə əlaqədar olaraq səfirlik baş vermiş hadisənin səbəbi və şəraitini araşdırmaq üzrə təcili tədbirlər görür, xəsarət alan isə ərizə ilə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edib.

Səfirlik təfərrüatları dəqiqləşdirdikdən sonra əlavə məlumat verəcək(trend).