XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 02:03

ATƏT sədri Bakıdadır: Prezident və müxalifətlə görüşəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana səfəri başlayıb.

APA-nın məlumatına görə, bu gün – iyunun 1-də onun Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, həmçinin siyasi partiya nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Səfərin sonunda xarici işlər naziri ilə birlikdə mətbuat konfransı keçiriləcək.

ATƏT sədri həmçinin qurumun Bakıdakı layihə-koordinatorluğuna baş çəkəcək, iyunun 2-də Gürcüstana, iyunun 3-də isə Ermənistana səfər edəcək.