XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

17 Aprel 2016 - 19:25

ATƏT PA deputatları Qarabağ münaqişəsini müzakirə ediblər –Yeni ideyalar vermək təklif olunub

Leinsweiler-Barnett-Kanerva170416

ATƏT Parlament Assambleyasının üzvləri olan 15 ölkənin deputatları Fransa-Almaniya sərhəd bölgəsi – Laynsvaylda Dağlıq Qarabağ münaqişəsinin həll yollarını müzakirə edib.

Strateq.az ATƏT Parlament Assambleyasının rəsmi syatına istinadla xəbər verir ki,  25 parlamentarın iştirakı ilə görüşün keçirilməsində məqsəd münaqişələrin həllində ATƏT-in səylərinə parlamet dəstəyi verilməsi məsələlərinin müzakirəsi olub.  Görüşdə üzün müddət davam edən münaqişəli regionlardan Saar-Lor-Lyuks, Cənubi Tirol, Trentinodan deputatatlar iştirak edib.

Seminarı ATƏT PA-nın prezidenti Finlnadiyadan olan parlamentar İlkka Kanerva və alman deputat Dorir Barnet açıb.  Tədbirdə Azərbaycan, Albaniya, Ermənistan, Avstriya, Bolqarıstan, Finlandiya, Fransa, Almaniya, İtaliya, Litva, moldova, Rusiya, İsveç və İsveçrədən deputatlar iştirak ediblər.

Prezident Kanerva bildirib ki,  son aylar Ukraynadakı və Dağlıq-Qarabağ münaqişəsi zonasında baş verən dramatik hadisələr  bir daha münaqişələrin sabitliyin pozulması və insan itkiləri ilə bağlı potensialını nümayiş etdirib: "ATƏT regionunda bu münaqişələrin həlli üçün siyasi iradə nümaiş etdirilməsi həlledici əhəmiyyət daşıyır.  Buna görə, parlament üzvləri ATƏT-in həllinə çalşıdığı hər bir münaqişənin nizamlanmasında vacib komponentdir”.

Seminarın keçirilməsində məqsədlərdən biri də  uzun müddət davam edən münaqişələrdən əziyyət çəkən ölkələrin parlament üzvlərinin münaqişələrin həlli üçün yeni ideyalar vermək, onların təkliflərini öyrənmək və   rəsmi müzakirələrə töhfə kimi təqdim etmək olub.

Uzun müddət ərazi münaqişələri yaşayan Almaniya və Fransanın hazırda sülh və məhsuldar əməkdaşlığın olduğunu vurğulayan ATƏT PA prezidenti bildirib ki,  bu  təcrübə münaqişələrin tərəflərin maraqları çərçivəsində həll etmək mümkün olduğunu göstərir: “Biz bu təcrübədən ruhlanaraq ATƏT-in uzun müddət davam edən münaqişələrin həlli üçün göstərdi səylərə parlament dəstəyi verməkdə davam edəcəyik”.

İştirakçılara münaqişələrin nəticələrini maraqlar konflikti prizmasından yox, real həyat kkontekstində baxmaq təklif olunub.

Strateq.az