XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 09:05

“Bir gecədə milyonçu olanların sonu çatır…”

“Qərb Ukraynaya yardım göstərilməsi, islahatların aparılması və korrupsiyanın kökünün kəsilməsi istiqamətində artıq birinci addımını atıb”.

Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli açıqlama verib. Sabiq dövlət müşavirinin sözlərinə görə, görünür, Poroşenko bu məsələdə Saakaşvili təcrübəsindən yararlanmağa çalışır: “Ədliyyə Nazirliyi kimi və bir sıra önəmli postlarda gürcülərin yer alması, eyni zamanda, gömrük xidmətinin rəhbərinin də azərbaycanlı olması Bakı-Tiflis-Kiyev əlaqələrinin inkişafını daha da gücləndirəcək. “Bölgədə oliqarxlar olmayacaq” deməsi ilə Saakaşvili artıq bu işin möhürünü vurub. Demək, vəzifədən sui-istifadə hallarının kökü tezliklə kəsiləcək. Onun Odessa vilayətinə rəhbər gətirilməsində əsas məqsəd bu ərazinin nümunəvi bir əyalətə çevrilməsidir. Zənnimcə, Saakaşvili Odessada buna nail ola biləcək. ümumiyyətlə, Poroşenkonun özü də artıq oliqarxlıqdan əl çəkərək bütün var-dövlətini ölkəsinin xeyrinə sərf edir. Beləliklə də Ukraynada bundan sonra bir gecədə milyonçu olanların sonu çatacaq”.

Politoloqun sözlərinə görə, Saakaşvilinin yenidən vəzifəyə gətirilməsi nəinki Ukraynaya, Azərbaycana da əlavə dividentlər qazandıracaq: “Oliqarxlar tərəfindən mənimsənilmiş dövlət müəssisələrinin geriyə qaytarılması prosesinə başlanılacaq. Ukraynalılar buna milli ehtiyatın təhdidi kimi baxsa da, proses çox müsbət və ciddi səmərələr verəcək. Bu yeniliyin Azərbaycana da xeyiri olacaq. çünki güclü Ukrayna Azərbaycan üçün də bölgədə bir sabitlik mənbəyidir. Saakaşvilinin TAP, TANAP istiqamətindəki rolunu da unutmamalıyıq. İnanıram ki, Ukraynadakı vəzifəsindən istifadə edən Saakaşvili bir sıra strateji layihələrin bundan sonra daha rəvan aparılmasına böyük köməklik göstərəcək”.