XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 09:34

Helmut Şmidt: “Odun üzərinə benzin tökməyin!” – Mövqe

Rusiyasız G7 mənasızdır

Almaniyanın keçmiş kansleri, 96 yaşlı Şmidt G7 qrupunun sammiti ilə bağlı böyük ümidlər bəsləmir. Onun sözlərinə görə, Qərb ölkələrinin “odun üzərinə benzin tökməməsi” də onu məmnun edərdi. O, Putinin siyasətinə münasibətdə anlayış nümayiş etdirir.

Şmidt hesab edir ki, iyunun 7-də Bavariyanın Elmau qəsrində başlayası G7 qrupunun sammiti Rusiyanən iştirakı olmadan mənasızdır. Sammitin nəticələrini nəzərdə tutub bildirir ki, “Mənim gözləntilərim məhduddur”. O ancaq buna ümid edir ki, Qərb dövlətlərinin başçıları və hökumətlər Ukrayna böhranının fonunda “odun üzərinə benzin tökməyəcəklər. Və məni belə variant qane edir”.

Şmidt əminliyini bildirdi ki, “münasib formada ifadə olunsaydı”, Putin sammitdə iştirak baxımından Qərbin dəvətini qəbul edə bilərdi.

Qoca Şmidt qeyd edir: “Mənim üçün aydındır: Putinin fikrincə, o ona görə təhqir olunur ki, Qərb ona yetərincə ciddi şəkildə yanaşmır”.

Miras – müstəmləkə imperiyası

Şmidt həmçinin Putini Qərbdən təcrid edən siyasətinə da anlayışlı yanaşma nümayiş etdirdi: “Putin vəhşi Qərb ruhundakı Yeltsin dövründən sonra Rusiya dövlətini bərpa edən adamdır. Putin hesab edir ki, onun vəzifəsi budur”.

Rusiya prezidenti qoruyub saxlamağa cəhd etdiyi “son imperiyalardan birini miras alıb”. Şmidtin fikrincə, bununla belə, Putin yalnız xəyali güc möveyindən çıxış edir. Keçmiş kansler deyir: “Bu həmin qüvvədir ki, sahibi onu tətbiq edə bilməyəcəyini başa düşür”.

Krım – müharibə üçün bəhanə deyil

Şmidt müxbirimizlə söhbətində əmin olduğunu ifadə etdi ki, Qərblə Rusiya arasındakı indiki qarşıdurma hərbi münaqişəyə gətirib çıxartmayacaq: “Mən güman edirəm ki, nə Putin müharibə istəyir, nə də Amerika prezidenti Barak Obama. Krım – müharibə üçün bəhanə deyil. Bütövlükdə Ukrayna nə Obama, nə də Putin üçün müharibəyə başlamağa əsil səbəbdir”.

Şmidtin qənaətinə görə, çox güman ki, Qərblə Rusiya arasında çətin danışıqlar davam etdiriləcək və bir neçə il ərzində heç bir nəticəyə aparıb çıxarmayacaq.

Qeyd edək ki, bazar günü Bavariya torpağında Elmau qəsrində federal kansler Angela Merkelin dəvəti ilə Birləşmiş Ştatlar, Kanada, Fransa, İtaliya, Yaponiya və Böyük Britaniyanın dövlət başçıları görüşəcəklər. 1998-ci ildə yeddilər qrupunu G8-ə çevirən Rusiya Krımın ilhaqından sonra oradan çıxarılıb.

“Die Welt” (Almaniya)

02.06.2015