XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

21 Aprel 2016 - 16:52

Rəsmi Bakıdan Sərksiyana sərt cavab:"Adam nə qədər üzlü olar ki..."

novruz-1.jpg

“Görün, Sərksiyan nə dərəcədə üzlü olub ki, Azərbaycanı beynəlxalq hüququn fundamental prinsiplərini pozmaqda günahlandırır".

Strateq.az xəbər verir ki, bunu Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Tvitter hesabında yazıb:

“Görün, Sərksiyan nə dərəcədə üzlü olub ki, Azərbaycanı beynəlxalq hüququn fundamental prinsiplərini pozmaqda günahlandırır. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirməməyə çağırır. Amma Ermənistan rəhbərliyi karvanla bağlı bir atalar sözünü yaxşı bilə-bilə bu addımı atır. Hərbi təcavüz nəticəsində qonşu dövlətin ərazisini 25 ildən artıqdır ki, işğal altında saxlamağı beynəlxalq hüquqa aid etmir.

Baxmayaraq ki, dünyada BMT-nin Təhlükəsizlik Şurasından tutmuş elə bir qurum, təşkilat yoxdur ki, bu işğalı beynəlxalq hüququn pozulması hesab etməsin. Amma hakimiyyət girovuna çevrilmiş Ermənistan rəhbərliyi, əslində, burnunun ucundan o tərəfə heç nəyi görə bilmir. Bu dərəcədə üzlü olmağa səbəb isə arxalarında bəzi ölkələrdə bəzi dairələrin dayanmasıdır”.