XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 11:32

“Rusiyanın köməyi olmadan irəliləyişə nail olmaq mümkün deyil” –“İzvestiya” Moskvanın Qarabağ planından yazdı

silah-esger

Kremlin əsas nəşrlərindən biri hesab edilən “İzvestiya” qəzeti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc edib.

Nəşr Rusiyanın və şəxsən Prezident Vladimir Putinin tərəflərin güzəştlərə getməsi üçün aktiv addımlara təşəbbüs edəcəyini bildirib. Qəzet bu vaxta qədər mediada yayılan məlumatları bir daha təsdiqləyib və danışıqların yaxın günlərdə başlanacağını bildirib.

“Tərəflərdən heç biri geri çəkilməyə hazır deyil. Ağır danışıqlar aparmaq lazımdır. Amma Rusiyanın köməyi olmadan prosesdə irəliləyişə nail olmaq mümkün deyil”, – vəziyyətlə tanış olan mənbə qəzetə açıqlamasında deyib.

Münaqişənin nizama salınması üzrə Rusiyanın planları haqqında bəzi təfərrüatı açıqlayan mənbəyə görə, plan ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması, sülhməramlıların münaqişə zonasında yerləşdirilməsi, qaçqınların evlərinə qayıtması, sonrakı mərhələdə sərhədlərin açılması, iqtisadi kommunikasiyaların bərpası, sonuncu mərhələdə isə Dağlıq Qarabağın statusunun referendumla müəyyənləşdirilməsini nəzərdə tutur.

“Ancaq tərəflərdən heç biri referendumun nəticəsinin əvvəlcədən onların xeyrinə müəyyən edilməyəcəyi halda bu planla razılaşmaq istəmir. Azərbaycan və Ermənistan Rusiyanın strateji partnyorudur. Moskva nizama salınmanın bütün mərhələlərində qarşıdurmaya yol verməmək və tərəfləri dialoqa kökləmək üçün ondan asılı olan hər şeyi edirdi”, – “İzvestiya” yazıb.

Publika.az