XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

23 Aprel 2016 - 09:11

Türk mətbuatı:Rusiya Türkiyəyə qarşı barışıq addımı atdı

terevez

Rusiya-Türkiyə münasibətlərində təyyarə böhranından sonra başlamış prosesdə Rusiya yeni addım atdı. Moskva administrasiyası faraş meyvə-tərəvəz tədarükünü müzakirə etmək üçün Türkiyə təmsilçilərini Rusiyaya dəvət etdi. Türk heyəti növbəti həftə Rusiyaya səfər edəcək. Dəvət faktını təsdiq edən Türkiyə kənd təsərrüfatı naziri Faruk Çəlik qeyd etdi ki, tərəflər münasibətləri əvvəlki səviyyəyə qaytarmaq istəyini bölüşür.

Rusiya təyyarə böhranından sonra Türkiyə ilə münasibətlərdə zeytun budağı uzatdı. Baytar və fitosanitar nəzarət üzrə Federal xidmət rəhbərinin köməkçisi Aleksey Alekseyenko faraş tərəvəz və meyvə ixracatınlın texniki məsələlərini müzaklirə etmək üçün türk təmsilçilərinin Rusiyaya dəvət edilməsi haqda məlumat verib. O həmçinin qeyd edib ki, Türkiyə tərəfi aprelin 26-a planlaşdırılmış danışıqlara razılaşıb.

 

Bir çox mallara qadağa qoyulub

 

Təyyarə böhranından sonra Türkiyə mənşəli kənd təsərrüfatı məhsullarına nisbətdə sanksiyalar tətbiq edən Moskva administrasiyası tomat, soğan, xiyar, apelsin, naringi kimi məhsul növlərinin Rusiyaya daşınmasına qadağa qoydu. Rusiya bu yaxınlarada Türkiyədən badımcan idxalını yasaqlamışdı. Türkiyə əvvəllər Rusiyanın faraş meyvə-tərəvəz tədarükü məsələsini müzakirə etmək üçün dəvətini qəbul etmədi, çünki bu, yazılı dəvət kimi daxil olmamışdı. Moskva yazılı dəvət göndərdikdən sonra Türkiyə onu qəbul etdi.

 

Alekseyenko Rusiyanın xəbərlər agentliyi ilə söhbət etdi

 

Qyed olunur ki, ölkələrin təmsilçiləri növbəti həftə Rusiyada keçirilməsi planlaşdırılan görüşdə Türkiyə kənd təsərrüfatı məhsullarının insan sağlamlığı üçün təhlükəsizliyinin müayinəsi və texniki araşdırılması məsələlərini müzakirə edəcək. Məlumat verilir ki, Türkiyə istehsalçılarının Rusiya mütəxəssisləri tərəfindən yoxlanması məsələsi gündəlikdə durmur.

 

Nazir Çəlik dəvəti təsdiq etdi

 

Türkiyə ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çəlik EXPO 2016 tədbiri ilə bağlı Antalyada olarkən bu mövzuda bir sıra açıqlamalar verdi. O, qeyd etdi ki, dəvət yazılı formada göndərilib: “Biz “niyə də yox, danışaraq” deyərək müsbət cavab verdik. Texniki nümayəndə heyətimiz bu günlərdə Moskvaya yola düşür, orada vəziyyəti qiymətləndirəcək. Hansı məsələlərin qaldırıldığına baxacağıq”. Çəlik kənd təsərrüfatı məhsulları sahəsində Rusiya ilə idxal və ixrac əməliyyatlarının intensivliyini qeyd edib vurğuladı ki, Türkiyə taxıl, Rusiya isə əsasən faraş meyvə-tərəvəz idxalını həyata keçirdir.

Sektorun təmsilçiləri də bu hadisəni şərh edirlər.

 

Daha nə qədər inciyəcəyik!

 

“Bu cür hiddət yaraşan iş deyil. Rusiya bizim yerləşdiyimiz bölgədə yerləşən ölkədir və bizi xeyirxah qonşuluq münasibətləri bağlayır. Daha nə qədər qanlı-bıçaq olmaq olar? Nə Türkiyə Rusiyasız ötüşər, nə də Rusiya Türkiyəsiz. Aramızda ilgilər var. Qonşuya qarşı nə qədər inciklik saxlaya bilərsiniz? Qapını açarakən ilk gördüyünüz adam qonşudur. Biz meyvə-tərəvəz istehsalçıları barışıq istəyirik. Güman edirəm ki, Rusiyaya yollanan nümayəndə heyəti kənd təsərrüfatı nazirliyini təmsil edəcək. Biz problemin tezliklə nizamlanmasına ümid edirik. Allah eləsin, problemlər çözülsün, gərəkli addımlar atılsın”.

 

Fermerlərimiz xilas olacaq

 

“Aldığımız son məlumatlara görə, nazirliklər arasında danışıqlar davam edir. Ümidvarıq ki, problem çözüləcək. Ən azı, bizə çatan ilk məlumatlar nikbinlik doğurur. İnşallah, Rusiya ilə problemlərimiz dəf ediləcək. Qiymətlərin çökdüyü bir dövrdə yeni saziş fermerlərimizi xilas edəcək. Fermerlər çətin durumdadırlar. Bu xəbər məni olduqca sevindirdi. İnanın, mən bu gün ən xoşbəxt adamam”.

 

Yeni Safak (Türkiyə), 23.04.2016

Tərcümə Strateq.az-ındır.