XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 04:48

Rusiya deputatlarının Avropa Parlamentinə girişi məhdudlaşdırıla bilər

Rusiya deputatlarının Avropa Parlamentinə girişi məhdudlaşdırıla bilər

Rusiya Dövlət Duması və Federasiya Şurasının deputatlarının Avropa Parlamentinə girişi məhdudlaşdırıla bilər.

APA-nın məlumatına görə, bu barədə “TASS” AP sədri Martin Şultsun aparatındakı mənbəyə istinadən məlumat yayıb.
“Rusiya Dövlət Duması və Federasiya Şurasının deputatlarının Avropa Parlamentinə girişinə dair sorğularına fərdi şəkildə baxılacaq”, deyə mənbə bildirib.
Bundan başqa, Avropa Parlamentinin Aİ-Rusiya parlamentlərarası əməkdaşlıq komitəsinin işində iştirakı dayandırılacaq.
Qeyd edək ki, bundan əvvəl Moskvanın Avropa İttifaqına qarşı tətbiq etdiyi “qara siyahı”ya cavab olaraq Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir çijovun Avropa Parlamentinə azad girişi məhdudlaşdırılıb.