XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 05:05

Avropanın mərkəzində türk deputata qarşı siyasi irqçilik edildi

«Qoy bilsinlər ki, boğazdan yuxarı danışmaqla demokratiya olmur»

Avropanın ilk hicablı millət vəkili kimi tarixə düşən Mahinur özdemir üzvü olduğu Demokratik Humanist Mərkəz (CDH) partiyasından çıxarılıb. Buna CDH rəhbərliyinin 1915-ci il hadisələrinə dair qondarma «soyqırım» iddialarını qəbul etməsi üçün özdemirə göstərdiyi təzyiqlər səbəb olub.
Qeyd edək ki, bir müddət əvvəl CDH-nin lideri Benoit Lütgen «Partiyamızda «soyqırım»ı inkar edən bir nəfər olsa, dərhal onu uzaqlaşdırarıq» – bəyanatı ilə çıxış etmişdi. Bundan sonra Belçika mətbuatı parlamentdə 1915-ci il hadisələrinə dair keçirilən tədbirdə Mahinur özdemirin iştirak etmədiyini xatırladıb.
özdemir isə yerli mətbuatın hücum kampaniyası qarşısında öz mövqeyini dəyişməyib. Türk əsilli millət vəkili 1915-ci il hadisələrinə dair məhkəmə qərarı olmadığını, Belçika hökumətinin və Avropa Birliyinin bu məsələdə mövqeyi olmadığını xatırladıb.

«Təəssüf ki, CDH öz adında olan humanizm və demokratiyaya yaraşmayan qərar qəbul edib və Avropanın təməl prinsiplərindən olan söz azadlığı ilə heç bir əlaqəsi olmadığını sübut edib. Bu qərar CDH və Belçikanın demokratiya tarixinə qara ləkə kimi düşdü. Söz azadlığı 1915-ci il hadisələri üçün keçərli olmalıdır. «Hamımız Şarlıq» deyənlərin söz azadlığını müdafiə etməsi utandırıcı haldır».
Türkiyə xarici işlər nazirinin təmsilçisi Tanju Bilgiç Belçikada millət vəkili Mahinur özdemirin Demokratik Humanist Mərkəz (CDH) Partiyasından 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını qəbul etmədiyi üçün çıxarılması qərarını pisləyib. Bilgiç ölkəsinin bu qərarı çox narahatlıqla qarşıladığını bildirib: «Köklü bir demokratiya ənənəsinə sahib olan Belçikada siyasi partiyanın demokratik dəyərlərlə ziddiyyət təşkil edən bu qərarını heyrətlə qarşılayırıq. Seçilmiş bir millət vəkili Avropanın təməl qanunlarından biri olan söz azadlığı heçə sayılaraq partiyasından çıxarılıb».

Maraqlıdır ki, daim insan haqlarından ağız dolusu danışan heç bir Avropa təşkilatı elə həmin qitədə baş verən bu haqsızlığa reaksiya vermir. Bunun səbəbi nədirğ
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı açıqlamasında bildirdi ki, bu hal birbaşa demokratiyanın prinsiplərinə ziddir:«Biz həmişə demişik ki, Qərb dövlətləri demokratiyanı əlində bayraq edir ki, başqa dövlətləri özünə tabe etdirsin. Bu bir vasitədir. Konkret faktlardan da görünür ki, Avropa və ya ABŞ-da buna əməl etmirlər. Görürsünüz ki, düz Avropanın mərkəzində xanım bir millət vəkili öz əqidəsinə görə bu cür təzyiqlərə və təqiblərə məruz qalır, lakin heç kimin səsi çıxmır. Bu gün maraqlı statistika ilə qarşılaşdım. Son 5 ay ərzində ABŞ-da polis tərəfindən 400-ə yaxın adam öldürülüb. Bu, sanki müharibəni xatırladır. Bizdə isə bir nəfər hansısa səbəbdən polis bölməsində dünyasını dəyişən kimi bütün dünya ayağa qalxır. Bizim üçün belə faktların mövcudluğu yeni imkanlar yaradır. Həmin dairələri ifşa etmək üçün konkret faktları toplayıb istifadə etməliyik. Qoy bilsinlər ki, boğazdan yuxarı danışmaqla demokratiya olmur».

Məhəmmədəli QƏRİBLİ