XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 March 2015 - 11:44

Borçalılar müşavirə keçirdi, etiraz bəyanatı yaydı
“Borçalı” İctimai Cəmiyyəti bəzi üzvlərinin Gürcüstana daxil olmasına yasaq qoyulmasıilə bağlı müşavirə keçirib.
Müşavirə və orada səslənən məsələlərllə bağlı Strateq.az-a daxil olan məlumatda bildirilir ki, Gürcüstanın indiki siyasi hakimiyyətinin bəzi qurumları cəmiyyətin fəaliyyət və təsir dairəsini düzgün dəyərləndirməyərək kifayət qədər yanlış yolu tutub. Belə ki, 2014-cü il oktyabr ayının 19-dan Zəlimxan Məmmədlinin və iyun ayının 26-dən Salman Murğuzovun Gürcüstana girişinə yasaq qoyulub:
“”Borçalı” Cəmiyyətinin İdarə Heyəti baş verən hadisəni hərtərəfli müzakirə etmiş, müvafiq qurumlarla intensiv əlaqələr quraraq baş verən hadisəyə aydınlıq gətirilməsinə çalışmış, hüquqdan kənar hər hansı addım atmamışdır.
Operativ olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana müvafiq nota göndərmişdir. Prosesə Azərbaycanın görkəmli ziyalıları qoşulmuş, Gürcüstan siyasi hakimiyyətinə etiraz bildirilmiş və yanlış qərarın ləğvi tələb edilmişdir. Eyni zamanda Gürcüstan siyasi hakimiyyətinin qərarının obyektiv gerçəkliyi əks etdirmədiyini və dərhal ləğv edilməsi xahişi ilə Gürcüstan siyasi hakimiyyətinə Türkiyə Cumhuriyyətinin 50-yə qədər sivil toplum quruluşlarının, Gürcüstanda fəaliyyət göstərən əksər nüfuzlu qurumların və Azərbaycan siyasi partiyalarının əksəriyyətinin müraciəti olmuşdur. Bu məsələdə mətbut da daxil yekdillik nümayiş etdirilmiş, bu mövqe ictimai dəstək qazanmışdır.
Gürcü millətinin nümayəndəsi Givi Paçxataşvilinin bu problemin həllinə münasibəti və xüsusi fəallığı diqqət mərkıəzində olmuşdur. Bəlkə də bu, iki xalq arasında problemlərə baxışda yeni hadisə olmaqla, daha dolğun mərhələnin başlanğıcına işarə kimi dəyələndirilməlidir və davamlı olmalıdır.
“Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyətinin genişləndirilmiş müşavirəsi baş verən hadisəni törədənləri bir daha qınayır, bunu etimad mühitini sarsıtmağa hesablanmış təxribat, Gürcüstanın hakimiyyətində bəzi qurumların soydaşlarımıza qarşı sağlam olmayan münasibəti kimi qiymətləndirir. Toplantı iştirakçıları Cəmiyyətin İdarə Heyətinin bu problemin həlli ilə bağlı fəaliyyətini müsbət qiymətləndirməklə, Gürcüstanın müvafiq orqanlarından baş vermiş subyekrtiv yanaşmanın fəsadlarının aradan qaldırılmasını sürətləndirməyi və ən yaxın zamanda yanlış qərarın ləğvini tələb edir”.
Müşavirə iştirakçıları “Borçalı” İctimai Cəmiyyətinin bundan sonrakı fəaliyyətində də ənənəvi dostluq, barış, sülh yoluna sadiq qalacağını bəyan etməklə, Borçalı Cəmiyyətinin haqlı mövqeyini müdafiəsi istiqamətində fədakarlıqlar etdikləri üçün Türkiyə Cumhuriyyəti, Gürcüstan və Azərbaycandan olan qurum rəhbərləri və üzvlərinə sonsuz təşəkkürünü ifadə ertməyi özünün borcu hesab edir”.