Maltanın prezidenti xanım Marie Louise Coleiro Preca Azərbaycana işgüzar səfərə gəlib.
Azərtac xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Maltanın prezidenti xanım Marie Louise Coleiro Precanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər qarşılayıb.