XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Aprel 2016 - 08:05

Mixail Qorbaçov:“SSRİ-ni Yeltsin dağıtdı, onlarla bacara bilmədim”

 

qorbacov

SSRİ prezidenti Mixail Qorbaçov Sovet İttifaqının dağılmasına görə məsuliyyəti öz üzərindən atmadğını bildirib.

Strateq.az-ın məlumatına görə, dünən Moskva Dövlət Unversitetində “Həyatdakı Qorbaçov” kitabının təqdimetmə mərasiminə qatılan M. Qorbaçov tələbələrin suallarını cavablandırıb.

Mən SSRİ-nin dağılmasına görə məsuliyyəti öz üzərimdən ata bilmərəm. Amma əgər mənim “SSRİ-ni saxlamaq olardı” adlı kitabımı oxumusunuzsa orada həmin vaxt kimin nə ilə məşğul oduğunu detallı şəkildə yazmışam”,-deyə Qorbaçov bildirib.   

Eks – prezident qeyd edib ki, rəhbərlik etdiyi parlament komissiyasından 2-3 dəfə gedib. “Lakin bir az sonra gah Yeltsin, gah da onun adamlarından kimsə gəlib deyirdi: Qayıdın. Mən onlara deyirdim: Razılaşmanızı gətirin. (Belovejsk sazişi nəzərdə tutulur-red) Əgər siz İttifaqı horraya və dumana dəyişmək istəyirsinizsə, mən bunun əleyhinəyəm.”

M.Qorbaçovun sözlərinə görə, o, SSRİ-nin saxlanması üçün var gücü ilə çalışıb: “Mən buna cəhd etdim, amma gücüm çatmadı. Onlarla bacara bilmədim. Onlar özlərini indi qəhrəman kimi təqdim edirlər, amma bu “qəhrəman”ların nə etdiyi barədə hələ çox müzakirə aparacağıq”,- deyə SSRİ prezidenti vurğulayıb.