XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 10:13

“Ermənistanda hakimiyyət devriləcək…” –Politoloqdan sensasion iddia

tofiq-abbasov

"Müharibə ermənilərə fəsad və təhlükələrdən başqa heç nə gətirmədi. Odur ki, Ermənistanda hakimiyyət xalq tərəfindən devriləcək".

Bu sözləri açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq Lavrovun İrəvana səfəri əsnasında Qarabağ probleminin demək olar ki, müzakirə olunmadığını bildirib:

“Çünki aprelin ilk günlərində Azərbaycan ordusu tərəfindən təsirli zərbə alan İrəvan itkilərin acısını Rusiyaya qarşı narazılıq ifadə etməklə yaşamağa qərar verdi. Ermənilər itkilərinin məsuliyyətini Moskvanın üzərinə atmağa çalışırlar. Halbuki Moskva bu prosesdə İrəvanı agah etməyə çalışır ki, Ermənistan vəziyyəti yalnız sülhə hazır olması ilə tarazlaya bilər. Lavrov İrəvanda erməni tərəf-müqabillərinə qandırmağa çalışdı ki, siyasi danışıqlara “hə” desinlər, əks təqdirdə Ermənistan böyük itkilərlə üzləşəcək”.

Politoloqun sözlərinə görə, təmas xəttində son günlərin gərginliyi bir daha göstərir ki, Ermənistan hakimiyyəti sülhə yox, müharibəyə hazırlaşır:

“Sərkisyan öz xoşu ilə Azərbaycan torpaqlarını azad etsə, onda erməni hakimiyyətinin iflası qaçılmaz olacaq. Çünki 20 ildən artıq xalqı hərbi avantüraya qərq edən Köçəryan-Sərkisyan ikilisi qarşısına qoyduğu işğalçı proqramı həll edə bilmədi. Ermənistan Azərbaycan torpaqlarını daha silah hesabına saxlamağa qadir deyil. Müharibə ermənilərə fəsad və təhlükələrdən başqa heç nə gətirmədi. Odur ki, Ermənistanda hakimiyyət xalq tərəfindən devriləcək. Məhz bu baş verməsin deyə, İrəvan hərbi təxribatlara əl atır”(Axar.az).