XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 10:31

Pekin: “Çin Rusiya ilə ittifaqa girməyəcək” – Təhlil

çin çalışmalıdır ki, Amerikanın başlıca düşməninə çevrilməsin

çin Xalq Respublikası bu günlərdə müdafiə məsələlərinə həsr edilmiş sayca doqquzuncu “Ağ kitab”ı buraxıb. Bəzi ölkələrdə hesab edirlər ki. Pekinin təsəvvür edilən rəqibləri Vaşinqton və Tokiodur, həm də Moskva ilə birlikdə onlara qarşı mübarizə aparır.

çin bununla bağlı açıqlamağa qərar verdi ki, Rusiya ilə ittifaqa girməyəcək, ABŞ-a qarşı çıxış etmir və Yaponiyadan qisas almağa cəhd etmir. ölkənin cari strategiyası da məhz bu üç “yox”a söykənir.

Rusiya ilə alyansa girməmək. Qeyd etmək vacibdir ki, Moskva ilə Pekin əməkdaşlığı genişləndirsə də, çoxqütblü dünyanın zəruriliyi və bölgələrdə sabitliyin təminatı haqda eyni cür baxış nöqtəsinə malikdir, həmçinin həmişə hərbi təlimlər keçirdir. ölkələr hərbi bloka heç cür xas olmayan hərtərəfli strateji əməkdaşlığın tərəfdaşlıq münsibətlərinin qurulmasını ciddi şəkildə dəstəkləyir.

Amerikaya qarşı çıxmamaq. çXR-nın sədri Si Szinpinin Sakit okeanın həm Pekini, həm də Vaşinqtonu tuta biləcəyini dəfələrlə vurğulamasından başqa o həmçinin qarşılıqlı hörmət və qarşıqlıqlı fayda əsasında münaqişə və qarşıdurmanın olmayacağı ikitərəfli əməkdaşlıq münasibətləri quracağına ümid edir. Bu önəmlidir ki, çin ABŞ-ın Asiya-Sakit okean bölgəsində (ASB) olmasına etinasız yanaşmır. Əksinə, çin II Dünya Savaşından sonra yaranmış vəziyyətə tərəfdardır: Güney Koreya və Yaponiyada baza yerləşdirməkdə Amerikaya mane olmur və Amerikanın ASB-də öz maraqlarını güdməsinə qarşı çıxış etmir.

Yaponiyadan qisas almamaq. Əlbəttə, Pekin Tokionun tarixi faktları necə təhrif etməsindən son dərəcə hiddətlənir və ölkənin sağ siyasi qanadının militarizmi hər şeydən yuxarı tutmaq cəhdlərinə ehtiyatla yanaşır. Lakin çin başa düşür ki, iqtisadi baxımdan inkişaf etmək vacibdir, buna görə də Yaponiya ilə əməkdaşlıq etmək lazımdır. Qisas almaq və qonşuluqda düşmən qazanmaq cəhləri yaxşı heç nəyə aparıb çıxartmaz.

Ələttə, çində yuxarıda təsvir edilmiş üç prinsipin əksinə səslənməsini istəyənlər yetərincə çoxdur. Lakin aydındır ki, bu cür siyasət yanlışlıq və yaxud hətta primitivlik olardı. Buna görə də bu dövlətlərlə münasibətləri üç “yox”a əsaslanıb qurmaq son dərəcə mühümdür. Hər bir işdə əndazəni gözləmək lazımdır: Rusiya ilıə dostluq etmək, lakin ittifaqa girməmək, axı bu, ABŞ və Yaponiya ilə münaqişəyə aparar. Yapon militarizminə qarşı çıxış etmək, lakin o qədər axmaqcasına yox ki, Tokio ilə iqtisadi əmkdaşlığa ziyan dəysin. Amerika ilə münasibətlərə gəlincə Pekin burada çalışmalıdır ki, tam şəkildə onun başlıca düşməninə çevrilməsin.

Əslində, Rusiya ilə ititfaqa girməmək çin üçün kifayət qədər asandır, lakin budur, ABŞ-a qarşı çıxmamaq və Yaponiyadan qisas almamaq çətindir. Problemə soyuq başla yanaşılsa, beynəlxalq məsələlərin həlli daha asan iş ola bilər. Həm də, gəlin, üç “yox”u yadan çıxartmayaq və onu bütün dünyaya çatdıraq.

Lyu Sançan

“Dunfan jibao” (çin), 03.06.2015