Ermənistan rəhbərliyinin bəyanatı məntiqsizdir.
Bunu jurnalistlərə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.
E.Məmmədyarov bildirib: "Bir tərəfdən bəyan edirlər ki, münaqişə yalnız sülh yolu ilə həll edilə bilər, digər tərəfdən danışıqlar prosesindən imtina etdiklərini bildirirlər. Bu o deməkdir ki, Ermənistan rəhbərliyi münaqişənin hərb yolu ilə həlli variantını seçir? Ermənistan rəhbərliyinin məntiqini başa düşmək olmur"(trend).