XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 18:16

Ceyms Uorlik:“Genişmiqyaslı hərbi əməliyyatlar təkrar olunmamalıdır”

uorlik-90

“Biz birmənalı olaraq bəyan edirik ki, genişmiqyaslı hərbi əməliyyatlar təkrar olunmamalıdır. Qarabağ konfliktinin hərbi həlli yoxdur”.

Strateq.az bildirir ki, bu sözləri Ermənistanın “A1” telekanalına müsahibəsində Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib. O, vurğulayıb ki, vasitəçilər hazırda tərəflərlə ATƏT-in monitorinq missiyasının genişləndirilməsi ilə ilə bağlı işləyir.

Dağlıq Qarabağdakı son vəziyyəti şərh edən həmsədr qeyd edib ki, aprelin 5-dən etibarən atəşəs davam edir: “Lakin bizi mövcud gərginlik və atəşkəsin pozulması ilə bağlı məsələlər narahat edir. Bu onu göstərir ki, tərəflər yubanmadan münaqişə ilə bağlı danışıqlara başlamalıdır”.  

Həmsədr qeyd edib ki, ABŞ, Rusiya və Fransa bu gün bir məqsəd üzərində çalışır: Bu atəşkəsi və vasitəçilərin iştirakı ilə danışıqlar prosesini bərpa etməkdir.