XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 19:07

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinigörüşdürmək istəyir

atet

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində işləyir.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryö deyib.

P.Andryö bildirib: "Hər iki ölkənin prezidenti ilə görüşdük və hazırda dövlət başçılarının görüşünü təşkil etməyə çalışırıq".

Onun sözlərinə görə, həmsədrlərin regiona səfər barədə hələ konkret planı yoxdur: "Atəşkəs rejimi pozulmamalıdır və danışıqlar prosesinə mümkün qədər daha tez başlamaq lazımdır".