XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 March 2015 - 18:56

Azərbaycanlı oliqarx Rusiyada daha 4,2 hektar torpaq aldı

bitmap-img6

Komitə Məmişovun “Konrad” şirkətlər qrupuna daxil olan “Petrovskiy stroitel” Qapalı Səhmdar Cəmiyyətinə Komarovo rayonunda otel tikintisi üçün 4,2 hektar torpaq sahəsinin ayrılması haqda qərar çıxarıb.
Yerli qanunlara görə, tikinti üçün torpaq sahələri hərrac keçirilmədən ayrılır və qərar iki il qüvvədə olur. Əgər torpaq sahəsini alan sahibkar bu iki ildə tikintini həyata keçirməsə, ərazi geri qaytarılır.
Lakin yerli fəallar hesab edirlər ki, milyarder Məmişov bu qədər torpaq sahəsini əslində otel tikmək üçün yox, otel adı altında maskalanan və apart-otellər adlanan elit yaşayış kompleksinin tikintisi üçün alıb.
V.Məmişov Peterburqda böyük biznesi olan oliqarxdır, onun çoxsaylı şirkətləri, daşınmaz əmlakı, obyektləri və ticarət mərkəzləri var. Məmişov həm də yerli azərbaycanlı diasporunun lideri və Peterburq qubernatorunun müşaviridir.(Virtualaz.org)