XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2016 - 15:58

Minsk qrupu həmsədrlərinin Qarabağda vəziyyətə dairməruzə ilə çıxış edəcək

luka

Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç Bakı ilə Yerevan arasında yüksək səviyyədə görüşün hələlik gözlənilmədiyini, yalnız hərbçilər arasında əlaqələrin davam etdirilə biləcəyini bildirib.

TASS agentliyinin yaydığı xəbərə görə, A.Lukaşeviç münaqişə zonasında tərəflər arasında hərbi qarşıdurmanın dialoq prosesini olduqca gərginləşdirdiyini qeyd edib. Onun sözlərinə görə, Minsk qrupu həmsədrlərinin Qarabağda vəziyyətlə bağlı məruzə ilə çıxış edəcəkləri gözlənilir.

Daimi nümayəndə deyib: “Həmsədrlər aprelin 6-9-da regionda olub və vəziyyət barədə aprelin 20-də hazırkı sədrə məruzə ediblər. Onların Vyanada bundan sonra görüləcək tədbirlər barədə məruzə ilə çıxış edəcəkləri gözlənilir”(azərtac).