XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2016 - 17:49

“Astana və Pekin Kremlin hərbi avantüralarına şərik olmaq niyyətində deyil” –Ekspertdən Şoyqunun çağırışına reaksiya

elxan-sahinoglu-esas

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən təhlükəsizlik konfransındakı çıxışında ABŞ və NATO-nu tənqid etdikdən sonra Qərbin təzyiqlərinə alternativ yol göstərib.

Bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində hərbi əməkdaşlığı genişləndirmək və təşkilatda hərbi məsləhətçilər institutu yaratmaq lazımdır.

Strateq.az xəbər verir ki, bu fikirə münasibətini açıqlayan politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Krımın işğalından sonra Rusiyadan nəinki Qərb dövlətləri, öz müttəfiqləri də çəkinir: "Ruiyada onu da anlamaq istəmir ki, Şanxay Əməkdaşlıq Təşkilatında Rusiyadan başqa digər əsas iki dövlət – Çin və Qazaxısta da var. Astana və Pekin Rusiya ilə iqtisadi və ticarət əlaqələrini genişləndirmək, o cümlədən birgə regional layihələr həyata keçirmək istəyirlər. Ancaq nə Astana, nə də Pekin Kremlin hərbi avantüralarına şərik olmaq niyyətində deyil. Qazaxıstan və Çin Rusiyadan fərqli olaraq, Qərb ölkələri ilə körpüləri yandırmır, tam əksinə Vaşinqton və Brüssellə müxtəlif iqtiqamətlərdə əməkdaşlıq etməkdə maraqlıdırlar".

Ekspert bildirir ki, Rusiya Şanxay Əməkdaşlıq Təşkilatını hərbi bloka çevirməkdənsə, “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı niyə yararsızdır” sualına cavab axtarmalıdır:

"Sualın cavabı isə yenə Rusiyanın xarici siyasətində, Moskvanın Krımı işğalında və ətrafdakı separatçılara verdiyi dəstəkdədir. Axı, kim belə dövlətlə hərbi müttəfiq olmaq istəyər?".