XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Aprel 2016 - 19:25

“Azərbaycan sivilizasiyalar arasında körpü rolunu oynayır” –Türkiyəli nazir

egemen-baxis

"Azərbaycan sivilizasiyalar arasında körpü rolunu oynayır. Müsəlman ölkəsi olmasına baxmayaraq, beynəlxalq təşkilatlarla sıx əlaqələr qurub".

Bu fikri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Türkiyənin Avropa İttifaqı məsələləri üzrə keçmiş dövlət naziri Egemen Bağış Azərtac-a müsahibəsində deyib.

“Artıq iyirmi ildir ki, dünya ictimaiyyəti İslam və terrorizmi eyniləşdirir. Ermənistan tərəfindən terrora məruz qalmış Azərbaycan bu gün dünyada sülhün bərqərar olması, terrorun aradan qaldırılması və sivilizasiyalar arasında dialoq və əməkdaşlığın qurulması naminə uğurlu addımlar atıb.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanın paytaxtı Bakıda keçirilməsi dünya ictimaiyyətinə bir daha sübut etdi ki, terrorizmin dinə, etnik mənsubiyyətə heç bir aidiyyəti yoxdur. Terrorizm beynəlxalq problemdir və dünya ictimaiyyəti onun həllində səylərini birləşdirməlidir”, – deyə keçmiş dövlət naziri bildirib.