XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2015 - 05:47

Daha iki konqresmen Azərbaycanla bağlı bəyanat verdi

ABŞ Konqresmenləri Henri Kuellar və Rayn Zinke Azərbaycanın Respublika Gününün 97-ci ildönümü münasibətilə bəyanatlar veriblər.

Azərbaycanın Vaşinqtondakı Səfirliyindən Strateq.az-a daxil olan məlumata görə, konqresmenlər 1918-ci ilin 28 mayında Azərbaycanın müsəlman dünyasında ilk respublika qurduğunu vurğulayıblar. Onlar bu respublikanın çox qısa müddət yaşamasına baxmayaraq, əhəmiyyətli uğurlar qazandığını qeyd ediblər.

Konqresmenlər Kuellar və Zinke Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın regiondakı əsas müttəfiqlərindən biri olduğunu bildirib və xüsusilə, Azərbaycanın qlobal terrorizmə qarşı mübarizəyə verdiyi vacib töhfəni vurğulayıblar.

Xatırladaq ki, Henri Kuellar və Rayn Zinke ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun üzvləridirlər. Onlar ABŞ Konqresində müvafiq olaraq Texas və Montana ştatlarına aid seçki dairələrini təmsil edirlər.

Strateq.az