XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 Aprel 2016 - 08:30

İrəvan qondarma “Dağlıq Qarabağ Respublikası” iləhərbi yardım sazişi hazırlayır

nalbandyan-2

Dünən Ermənistan parlamentində müzakirələr zamanı deptatların suallarını cavablandıran Ermənistan XİN başçısı Edvard Nalbandyan bildirib ki,  qondarma “Dağlıq Qarabağ Respublikası” ilə hərbi yardım haqqında sazışin hazırlanması üzərində iş gedir.

Müxalif deputat Xaçatur Kokobelyanı sazişin konkret nə vaxt imzalana biləcəyi ilə bağlı sualına  cavab verən Nalbandyan deyib ki, bu, o qədər də asan deyil: “Siz özünüz yaxşı təsəvvür etməlisiniz ki, bu, nə qədər mürəkkəb prosesdir. Bu, ekspertlərin işini və digər hazırlıqları nəzərdə tutur. İndi bununla bağlı iş gedir. Nə zaman bu proses başa çatacaq, müvafiq stukturlar öz fikirlərini bildirəcəklər, əgər bu sazişin imzalanması ilə bağlı əlverişli məqam yetissə, o imzalanacaq”.  

Deputatın “əverişli məqam artıq yetişib” replikası ilə bağlı diplomat qeyd edib ki, “bəlkə də bu belədi. Amma danışıqlar prosesində digər məqamları da nəzərə almaq lazımdır”.

Strateq.az