XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

28 Aprel 2016 - 14:41

YAP deputatlığa namizədini açıqladı –90 saylı Ağdaş seçki dairəsi üzrə

qadin-secki-qht

Hakim Yeni Azərbaycan Partiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar parlament seçkilərində iştirak edəcək namizədini müəyyənləşdirib.

Partiyanın İdarə Heyətinin qərarı ilə YAP-ın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Xatırladaq ki, 1 noyabr 2015-ci ildə Milli Məclisə keçirilən seçkidən sonra MSK-nın 90 saylı Ağdaş seçki dairəsinin nəticələri ləğv olunub.