XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 June 2015 - 12:59

İsrail iki od arasında qalıb: “Huzbullah”, yoxsa İŞİD? – Təhlil

Nəsrullahdan yəhudilərə: “Başqa ölkələrə köçün!”

Suriya hökumət qoşununun bu yaxınlarda bir neçə əyalətdə İŞİD-ə və “Cəbhət ən-Nusra”ya qarşı məruz qaldığı məğlubyyət “Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrullahı Beyrutdakı gizli sığınacaqdan çıxmağa məcbur etdi. öz dinləyiciləri qarşısında çıxış edən Nəsrullah xəbərdar etdi ki, barbarlar qapının ağzındadır və Suriya ilə birlikdə Livanı da bürüməyə təhdid edən sələfi islamlı ilə mübarizə üçün Livan şiələrinin mümkün ümumi səfərbərliyi haqda danışdı.

Nəsrullahın qızğın sözlərində müəyyn qədər həqiqət payı var. İŞİD Yaxın Şərqi Orta Əsrlərə qaytarmaq qətiyyəti nümayiş etdirir. Onlar yaşı min illərlə hesablanan qədim sivilizasiyaların izlərini sistemli şəkildə məhv edir və gizlətmirlər ki, təkcə arxeoloji obyektlərə deyil, həm də insanlara divan tutmağa hazırdırlar. İŞİD-in həyat tərzini tam şəkildə qəbul etməkdən imtina edənlərin hamısını ölüm gözləyir. Nəticədə təkcə qədim heykəllər deyil, həmçinin yezidlərin, Assuriya xristianlarının və s.-nin icmaları bölgədən yox olmaqdadır.

Suriyada Holan təpələrinin böyük hissəsini əlində saxlayan “Cəbhət ən-Nusra”nın lideri Muhəmməd əl-Culani “əl-Cəzirə” telekanalında çıxış edərkən öz qruplaşmasını İŞİD-dən ayırmağa çalışdı.

Onun sözlərinə görə, “Cəbhət ən-Nusra” bütün səylərini istisnasız olaraq Suriyaya cəmləşdirib və bu dövləti Qərbə qarşı müharibə üçün ön istehkama çevirməyi qarşısına məqsəd qoymur. Lakin əslində, bu qruplaşmalar arasındakı bütün fikir ayrılıqları sırf taktiki xarakter daşıyır. “əl-Qaidə”yə biət etmiş “Cəbhət ən-Nusra” İŞİD-in artıq bu gün etdiyini gələcəyə – daha münasib vaxta qədər təxirə salıb.

İsrailin bütün Suriyanın İŞİD döyüşçüləri və “Cəbhət ən-Nusra” tərəfindən işğal edilməsi ehtimalı ilə bağlı narahat olmağı lazımdır. Lakin tamamilə qanuni bir sual ortalığa çıxır: bəs hadisələrin bu cür inkişafının alternativi hansıdır?

İsrail siyasəti uzun illər ərzində, xüsusən də Suriyada vətəndaş müharibəsi başlayandan sonra Bəşər Əsədi məqbul tərəfdaş, “tanıdığımız İblis” hesab edirdi.

Bəşər Əsəd yanaşı yaşamağa alışdığımız realist və praqmatik lider hesab olunurdu. Prezident də atası Hafiz Əsəd kimi 40 il ərzində İsrailin ən sakit sərhədi olan Suriya-İsrail hüdudlarında sakitliyi qoruyub saxlayırdı.

Suriya qanlı vətəndaş müharibəsinə qərq olandan sonra İsrailin ayrı-ayrı təmsilçiləri hər iki tərəfə – həm Əsədə, həm də onun əleyhdarlarına uğurlar arzuladı. Onlar eyni zamanda ümid edirdilər ki, Əsəd sərhədə nəzarət etməkdən ötrü yetərincə güclü və “Hizbullah”a silah tədarük edilməsinə qarşı İsrailin əməliyyatına reaksiya üçün yetərincə zəif qalacaq. Lakin, deyəsən, Suriyada vətəndaş müharibəsi İsrailin bəzi rəhbərlərinin gözlədiyindən tez qurtaracaq – hətta Bəşər Əsədin tam şəkildə süqutuna qədər hələ uzun aylar keçsə də.

Təəssüf ki, “Hizbullah”la İranın Suriya prezidentinə kömək üçün tam səfərbərliyi göstərdi ki, İsrailin qarşısında Əsədlə İŞİD arasında deyil, Nəsrullahla İŞİD arasında seçim etmək durur. 2015-ci ilin yanvarında “Hizbullah” öz adamlarını İsrail sərhədinə göndərəndə və onlar məhv edilərkən bu qurum Dov dağında cavab teraktı həyata keçirəndə də bu cür oldu.

“Hizbullah” Suriyadakı vətəndaş müharibəsində nə qədər fəal şəkildə iştrak edirsə, Bəşər Əsəd Nəsrullah və İrandan bir o qədər asılı olur. Nəticədə İsrail Bəşər Əsədi getdikcə daha az şəkildə məqbul tərəfdaş saya bilər.

Əlbəttə, Nəsrullah arxeoloji abidələri məhv etmir. O, hətta Beyrutda “Magen Avraam” sinaqoqunun bərpa edilməsinə icazə verdi. Lakin onun maarifçi baxışları İsrailə sarı yayılmır. “Hizbullah” lideri İŞİD-ə qarşı mümkün səfərbərlik haqqında elan etdiyi nitqindəcə vurğuladı ki, İsraili məhv etmək əzmiylə doludur və yəhudilərə çağırış etdi ki, başqa ölkələrə köçsünlər.

Barbarlar, həqiqətən də, qapıya yaxınlaşıb. Onlar hələlik bir-biri ilə döyüşür. Lakin gec-tez silahlarını İsrailə qarşı çevirəcəklər. İŞİD-lə “Hizbullah” arasında praktik olaraq heç bir fərq yoxdur, Suriyada isə ən yaxın gələcəkdə məhz bu qruplaşmalar əsas rol oynayacaq.

Eyal Ziser

“Israel Hayom” (İsrail), 03.06.2015

Professor Eyal Ziser Təl-Əviv universitetinin humanitar elmlər fakültəsinin dekanı və “Moşe Dayan” Yaxın Şərq Araşdırmalar Mərkəzinin rəhbəri, Suriya və Livanın ən yeni tarixi üzrə ən görkəmli mütəxəssislərdən biridir.