XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

29 Aprel 2016 - 21:45

Azərbaycanla Malta arasında üç sənəd imzalandı –SİYAHI (FOTO)

elmar-mata

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Maltanın xarici işlər naziri Corc Vella ilə görüşündə üç sənəd – “Azərbaycan Respublikası hökuməti və Malta Respublikası hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”, “Azərbaycan Respublikası hökuməti ilə Malta Respublikası hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Malta Respublikasının Xarici İşlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” imzalanıb.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Xaricu İşlər Nazirliyi xəbər yayıb.

Bildirilib ki, iki ölkənin nazirlərinin görüşündə Azərbaycan ilə 2017-ci ildə Avropa İttifaqına sədrlik edəcək Malta arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və əlaqələrin inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. İqtisadiyyat, enerji və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov qoşunların təmas xəttində yaranan son gərginlik, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və azərbaycanlı mülki əhalini ağır silahlardan hədəfə alması barədə maltalı həmkarına məlumat verib.

Nazir əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalı və hərtərəfli siyasi proses başlanmalıdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.