XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

30 Aprel 2016 - 16:00

Azərbaycan-ABŞ əməkdaşlığının inkişaf perspektivlərimüzakirə olunub

ABS

Maliyyə Bazarlarına Nəzarət Palatasında Azərbaycan-ABŞ əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Palatadan verilən məlumata görə, müzakirələr Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşdə aparılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Amerika Birləşmiş Ştatları ilə bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu xüsusi qeyd etdi. R.Aslanlı ölkənin maliyyə bazarlarının mövcud vəziyyəti barəsində danışaraq, son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər fonunda bu sahədə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. Palata sədri böyük təcrübəyə malik nüfuzlu beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan hökuməti tərəfindən qısa müddət ərzində həyata keçirilən islahatların əhəmiyyətini qeyd edən səfir Robert Sekuta maliyyə sisteminin gücləndirilməsi istiqamətində beynəlxalq təcrübə və ekspertizadan faydalanmaq imkanlarından danışıb. R.Sekuta tərəqqiyə doğru irəliləyişin əldə edilməsi və maliyyə sisteminin sağlamlaşdırılması istiqamətində daha geniş və dərin iqtisadi inkişafa təkan verəcək əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Sonda tərəflər arasında inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.