XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

30 Aprel 2016 - 20:14

Rusiya Azərbaycanaminnətdarlıq etdi

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi aprelin 23-də Xəzər dənizi akvatoriyasında bu ölkəyə məxsus “Palflot-2” tankerində yanğın başlanması ilə əlaqədar tankerin xilas edilməsində iştirakına görə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə dərin təşəkkürünü bildirir.

Azərtac xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinə ünvanlanan və səfirliyin saytında yerləşdirilən məktubda belə deyilir.

Səfirliyin məktubunda deyilir: “Səfirlik fəlakətin öhdəsindən operativ gəlməyə kömək edən Azərbaycan mütəxəssislərinin vaxtında və təmənnasız köməyini yüksək qiymətləndirir, bu hadisəyə dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin daha bir təzahürü baxır”.