XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2016 - 23:22

Azərbaycanda dindarlarınmüdafiə komitəsi yaradılır

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Azərbaycanda ən çox repressiyaya məruz qalan inanclı kəsimin hüquqlarını müdafiəsi ilə ciddi və peşəkarcasına məşğul olmağın zərurətindən danışıb və bu sahədə inanclı kəsim nümayəndələrindən, ziyalılardan və mütərəqqi düşüncəli hüquq müdafiəçilərindən ibarət Müdafiə Komitəsinin yaradılmasını vacibliyini vurğulayıb.

Moderator.az-a açıqlamasında E.Quliyev artıq bu işə başladıqlarını deyib.

“Biz, dəyərli Hacı Rövşənlə artıq bu işə başlamışıq. İlk olaraq görüləcək işlər və komitənin tərkibi ilə bağlı müzakirələrə start vermişik. Heç kəsə sirr deyil ki, həm yerli hüquq müdafiəçiləri, həm də beynəlxalq təşkilatlar inanclı kəsimin müdafiəsinə ikili standartlarla yanaşırlar. Və nədənsə din xadimlərinin müdafiəsindən çəkinir, haqqı söyləməkdən ehtiyatlanırlar. Belə münasibət insan hüquq və azadlıqlarının qorunması işində böyük qüsurdur. Yaranacaq Müdafiə Komitəsi bu qüsurdan və bu sayaq yanaşmadan uzaq olmağa, dindarların hüquqlarını peşəkarcasına qorumağa çalışacaq”.