XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 May 2016 - 20:58

Natiq Kərimov barəsində qətimkan tədbirininvaxtı uzadıldı

Aprelin 30-da Səbael rayon Məhkəməsində Natiq Kərimovun barəsində seçilmiş başqa yerə getməmə haqqında qətimkan tədbirinin müddəti uzadılıb.

Vəkil Eyyub Ələkbərovun APA-ya verdiyi xəbərə görə, məhkəmə qətimkan tədbirini 3 ay uzadıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin  həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.