XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2016 - 11:15

ADP İdarə Heyəti toplandı –Qarabağ və islahatlarla bağlı çağırış oldu

adp

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Strateq.az xəbər verir ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə olunub.

Toplantı iştirakçılari son günlər erməni silahlı qüvvələrinin  elan olunmuş atəşkəs rejimini ardıcıl olaraq pozması, mülki vətəndaşların ölümü, çoxsaylı yaşayış evlərinin dağıdılması ilə nəticələnən hərbi hücumların davam etməsi ilə bağlı məsələyə münasibət bildirib. Dinc əhaliyə qarşı hücumların hətta müharibə dövründə belə beynəlxalq cinayət olduğuna diqqət çəkən partiya yetkililəri hakimiyyəti,  təcavüzkar Ermənistanı  bu cinayət əməllərinə görə beynəlxalq məhkəməyə verməyə və dünya dövlətlərini bu məsələdə Azərbaycanla həmrəy olması üçün ciddi addımlar atmağa çağırııb. İdarə heyəti Ermənistanın döyüşlərin dayandırılması üçün irəli sürdüyü əlverişsiz şərtlərə cavab olaraq hakimiyyəti, Dağlıq Qarabağda yaşayan, Azərbaycanın yurisdiksiyasına daxil olan erməni icmasına vətəndaşlıq  statusunun verilməsindən  başqa  hər hansı güzəştə getməməyə, ərazi bütövlüyü və suverenlik prinsiplərində sonadək qəti mövqe nümayiş etdirməyə, düşmən hücumlarına adekvat reaksiyalar verməyə, düşməni qətiyyətlə susdurmağa çağırıb. İdarə heyəti həmçinin Müsəlman ölkələrini Azərbaycana qarşı Ermənistanla bir alyansda birləşərək, antimüsəlman mövqe sərgiləyən Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə, Qarabağ məsələsində ölkəmizin haqlı mövqeyini daha ciddi şəkildə müdafiə etməyə çağırıb.

İdarə Heyəri ABŞ konqresində Krımın, Cənubi Osetiyanın, Abxaziyanın Rusiya tərəfindən işğalına cavab olaraq adı çəkilən dövlətə qarşı yeni akt layihəsinin qeydiyyatdan keçirilməsini təqdir edib,  ABŞ konqresini bu akta Azərbaycanın Rusiya-Ermənistan hərbi ittifaqı tərəfindən işğal edilən Dağlıq Qarabağ və ətraf rayonları  məsələsinin də əlavə olunmasına çağırıb.

İdarə Heyəti bir neçə Avropa Parlamenti yetkilisinin  Azərbaycanın yurisdiksiyasına daxil olan Dağlıq Qarabağa qeyri qanuni səfər etməsini beynəlxalq hüquq normalarına zidd olduğöunu bildirib və separatçı rejimin güclənməsinə xidmət edən bu cür hərəkətlərin bölgədə sülhün və əmin-amanlığın pozulmasına yol açdığını diqqətə çatdırıb.

İdarə Heyəti hazırkı şəraitdə hakimiyyəti qərb dövlətləri ilə münasibətlərdə həssas olmağa, qərbin ölkəmizdə insan hüquq və azadlıqlari ilə bağlı tövsiyələrini ciddi şəkildə nəzərə almağa, ölkədə vətəndaş hüquqları sahəsində təcili olaraq geniş islahatlara başlamağa çağırıb.