XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2016 - 13:07

Mehriban VəzirMilli Şuradan çıxarıldı

Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.

Döyüş bölgəsində son durum müzakirə olunarkən erməni hərbi birləşmələrinin birtərəfli qaydada atəşkəsi pozmasından, yaşayış məntəqələrini və dinc sakinləri atəşə tutmasından narahatlıq ifadə olunub.

Toplantıda REAL hərəkatının sədri İlqar Məmmədovla bağlı Avropa Məkməsinin qərarının Şəki Apellyasiya Məhkəməsi tərəfindən rədd edilməsi, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qanunsuz qərarları pislənilib.

Milli Şuranın Əsasnaməsinə və fəaliyyət prinsiplərinə zidd hərəkətlərə yol verdiyinə görə Mehriban Vəzir Koordinasiya Mərkəzi üzvlərinin yekdil qərarı ilə Milli Şuradan xaric edilib.