“Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması barədə qanun layihəsi Moskva ilə müzakirə olunmayıb”.
Strateq.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.
D. Peskov deyib ki, Rusiya bu kontekstdə qəbul olunacaq qərarları diqqətlə müşahidə edir: “Moskva ümid edir ki, Qarabağ münaqişəsinin tərəfləri son dərəcə kövrək olan sülhü pozacaq addımlar atmayacaq”.