Alman diplomatı: “Hazırkı durumda Ukraynaya letal müdafiə silahlarının verilməsi lazım deyil”
Amerika prezidenti Barak Obama martın 9-da Ağ Evdə Almaniya kansleri Angela Merkellə görüşdən sonra Ukrayna hökumətinə silah verməkdən imtina edib.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, AFR-in Vaşinqtondakı səfiri Peter Vittix Amerika prerzidentinin Donbasdakı münaqişənin diplomatik yolla qaydaya salınması ilə razılaşdığını deyib.
Alman diplomatının sözlərinə görə, “İki ölkənin lideri bu problem üzrə fikir mübadiləsi aparıb və ümumi nəticəyə gəlib ki, hazırkı durumda Ukraynaya letal müdafiə silahlarının verilməsi lazım deyil”.
O qeyd edib ki, “Biz bunun ümumi situasiyada əlavə element yarada bilib-bilməyəcəyi üzərində ciddi şəkildə düşünməliyik”.