XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

05 May 2016 - 15:44

“Dünya gəlir, mənfəət əldə etmək üçün böyük bir bazara çevrilib” –Deputat

cavansir-feyziyev-depu

Millət vəkili Cavanşir Feyziyev Türkiyənin "TRT Haber" kanalının "Geniş açı" proqramının qonağı olub.

Strateq.az xəbər verir ki, Gökhan Gökçenin təqdimatında canlı yayımlanan xəbər proqramının son buraxılışı Azərbaycana həsr edilib.

Cavanşir Feyziyev və Mərmərə Universitetinin professoru Okan Yeşilotun qatıldığı verilişdə Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində son vaxtlar gərginliyin daha da artması əsas müzakirə mövzusu olub. Proqramda bölgədəki savaşdan, qonşu ölkələrin bu proseslərə münasibətindən söz açılıb.

Millət vəkili Cavanşir Feyziyev son hadisələrdə Azərbaycan ordusunun Qarabağda öz sözünü söylədiyini vurğulayıb. O, ermənilərin tarixən Azərbaycan torpaqlarına köçürülüb yerləşdirilməsi siyasətindən, onların əsassız torpaq iddialarından tarixi faktlarla danışıb: "Bu gün müharibələrin məzmunu dəyişib. Artıq iqtisadi dünyada söz haqqına sahib olmaq, güc, nüfuz uğrunda mübarizə gedir. Dünya gəlir, mənfəət əldə etmək üçün böyük bir bazara çevrilib. Bu baxımdan Qarabağ probleminin çözülməsi bəzi qonşu dövlətlərin mənafeyinə uyğun deyil. Lakin iqtisadi münasibətlər nizamlanarsa, Rusiya başda olmaqla qonşu ölkələr Qarabağ münaqişəsinə artıq fərqli yanaşma göstərəcəklər".

Millət vəkili Ankara və Bakı arasındakı strateji işbirliyinin də bölgədə önəmli rol oynayacağını dilə gətirərək yaranması təklif olunan Türk birliyindən bütün dünyanın faydalanacağını söyləyib.