XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2016 - 21:24

Siyavuş Novruzov Türkiyədə baş verənləri şərh etdi

trend_siyavush_novruzov_250413 (1)

“Əhməd Davudoğlunun Ədalət və İnkişaf Partiyasının (AKP) liderliyindən və Baş nazir postundan istefa verməsi səs-küylü hadisə deyil. Növbəti qurultay çağırılıb və burada partiya sədrinin seçilməsi məsələsi gündəmdə durur”. 

Bu sözləri hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O qeyd edib ki, mayın 22-də keçiriləcək fövqəladə qurultayda partiya sədrinin kimliyi gələcək Türkiyənin, AKP -nin siyasətini müəyyən edəcək.

“Davudoğlu iki ildən artıq idi bu vəzifədə çalışırdı, onun seçildiyi qurultayda mən də iştirak etmişəm. AKP ilə Yeni Azərbaycan Partiyası arasında çox geniş əlaqələr var. Partiyanın qurultayının keçirilməsi hansısa daxili zərurətdən irəli gəlir. Bu zərurət də qurultayda yəqin ki bilinəcək”.

S.Novruzov partiya liderinin istefasının ardında mənfi məqamların axtarılmasını lüzumsuz hesab edir.

“Davudoğlu açıqlamasında əslində Ərdoğanla dost olduğunu, axıra qədər dostluğunu davam etdirəcəyini və digər məslələri qeyd edib. Söhbət Ərdoğanla olan münasibətdən getmir. Hökumətin hansısa işində, hansısa proseslərdə razı qalmadığı məsələlər ola bilər. Bununla da bağlı özü açıqlama verəcək. Kənardan buna açıqlama vermək etik cəhətdən və siyasi baxımdan düzgün deyil. AKP vasitəsilə deputat, partiya sədri və Baş nazir seçilib. Ortada yeni nəsə varsa, bunlar qurultayda bilinəcək”.

S.Novruzov bu hadisədən mənfi nəticə gözləməyə ehtiyac olmadığını vurğulayıb.

“Onlar eyni partiyanın üzvləridir, AKP quruculuğunda fəaliyyət göstəriblər. Hərdən elə məsələləri qəlizləşdirir və ya mənfi düşünməyə cəhd göstəririk ki… Əslində belə deyil, hökumətlər gəlir, gedir. Vaxtilə Türkiyədə bir ildə 5 hökumət dəyişilib, parlament seçkiləri keçirilib. Yəni parlament tipli dövlətlərdə belə proseslər olur. Koalisiya dağılanda və ya yenidən qurulanda, partiyadaxili ziddiyətlər yarananda belə hallar baş verir. Bu normal bir haldır”.

Qeyd edək ki, Əhməd Davutoğlu bu gün Baş nazir postundan və AKP liderliyindən istefa verdiyini açıqlayıb. Partiyanın fövqəladə qurultayı mayın 22-də keçiriləcək və bu qurultayda partiyanın yeni lideri seçiləcək.(Modern.az)