XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 11:42

Türkiyədəki seçkilərə YAP-dan daha bir reaksiya

“Dünən Türkiyədə keçirlən parlament seçkilərinin nəticələri bu günün siyasi gündəliyində bir nömrəli mövzudur. Görünür, bu, hələ uzun müddət ciddi müzakirələr və proqnozlar mövzusu olaraq qalacaqdır”.

AzVison.az-ın məlumatına görə, bu fikiləri Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat fikirlərini belə davam etdirib: “Gözlənildiyi kimi, seçki bir sıra yeniliklərə imza atdı və hər biri hal-hazırda həm Türkiyədə, həm dünyada böyük maraq doğurur. Hakim Ədalət və İnkişaf Partiyası seçkilərdə qalib gəlsə də mütləq çoxluğa malik olmadığına görə onun mümkün koalisiya müttəfiqinin hansı partiya olacağı haqqında coxsaylı variantlar irəli sürülür. Hətta indidən vaxtından əvvəl seçkilər barədə də fikir bildirənlər vardır. Hesab edirəm ki, müdrik türk xalqı bu situasiyadan da uğurla çıxa biləcəkdir.

Nəzərə alsaq ki, Türkiyə tarixi üçün koalisiyalı hökumət təcrübələri vardır, bu dəfə də ortaq maraqların nəzərə alındığı bir hökumət formulunun tapılacağı inandırıcı görünür. Bu ortaq maraqların isə güclü və nüfuzlu Türkiyə olacağına şübhə yoxdur”.

A.Mirzəzadə hesab edir ki, bu gün yayılan şərhlərdə barajı aşaraq Türkiyə Böyük Millət Məclisinə ilk dəfə düşən Xalqların Demokratiyası Partiyasının seçkidən öncə Ermənistanla sərhədləri qeyir-şərtsiz açmaq təklifləri önə çəkilir:

“Bildirlir ki, AKP HDP ilə kolasiya qurarsa, yeni parlament partiyasının bu fərqli mövqeyi nəzərə alınmalıdır. Qalib AKP-nin kiminlə koalisya qurması onun seçimidir və bu partiya öz müttəfiqlərini daha yaxşı müəyyənləşdirə bilər.

Ancaq dost, qardaş Türkiyənin bir anda öz yolunu dəyişəcəyi, ümumtürk maraqlarını partiya maraqlarına qurban verəcəyi inandırıcı görünmür. 82 milyonluq ölkədə bir qrup insanın Ermənistan sevgisi olması tamamilə mümkündür. Ancaq Türkiyə və Azərbaycan həmişə bir yerdə olublar və bundan sonra da onları ayıracaq heç bir qüvvə qələbə qazana bilməz. Ermənistanın Türkiyəyə qarşı bütün dünyada çirkin kampaniya apardığı halda Türükiyənin bu aqressiv ölkəyə qucaq açması ancaq romantik təxəyyülün arzusu ola bilər”. – depuat vurğulayıb.

Deputat qeyd edib ki, Türkiyə bir daha demokratiya və milli dövlətçilk imtahanından uğurla çıxdı və udan yenə də Türkiyə oldu.