XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 May 2016 - 11:34

“Aktiv siyasətlə məşğul deyiləm…” –Keçmiş MTN-nin polkovnikindən ADR-lə bağlı açıqlama

ilham-ismayil

Qubad İbadoğlunun lideri olduğu ADR Hərəkatı sədri yanında Məsləhət Şurasının üzvlərinin ictimaiyyətə elan olunması xeyli maraqlı suallar ortaya çıxarıb.

Məsləhət Şurasında təmsil olunan İlham İsmayıl və Mehman Əliyev kifayət qədər mühüm persona hesab olunduqlarından onların ADR-dəki təmsilçiliyi də təbii ki, maraqla qarşılanıb.

Strateq.az Moderator-a istinadən xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl bildirib ki, ADR Hərəkatının üzvü deyil və Məsləhət Şurasına üzv olmaqla ekspert kimi demokratik islahatlar üçün təkliflər verməyi normal hal hesab edir. Ekspert deyib ki, bu istiqamətdə fəaliyyət göstərən Azərbaycanın hər bir siyasi qüvvəsinə yararlı ola biləcəyəmsə, deməli, Azərbaycana xeyrim dəymiş olur… 

O, aktiv siyasətlə məşğul olmadığını, ekspert kimi fəaliyyətini davam etdirdiyini vurğulayıb.