XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 13:22

Kral İnstitutu: “Rusiyanın Ukraynanı işğal etməyə ordusu yoxdur” – Müsahibə

“Rusiya vahimədən strateji silah kimi istifadə edir”

Londondakı Kral Beynəlxalq münasibətlər İnstitutunun mütəxəssislərinin hazırladığı məruzədə bu qənaət var ki, Qərb Rusiya təhlükəsini lazımınca dəyərləndirməyib, qeyri-nüvə silahlarını zəif inkişaf etdirib və Rusiyanın Ukraynaya qarşı təcavüzünə layiqli cavab verməməklə yaranmış durumda Kiyevə də effektli şəkildə yardım etməyib.

“Beşinci mərtəbə” verilişinin aparıcısı Mixaul Smotryayev İnstitutun ekspertləri Ceyms ŞerrPavlov Bayevlə söhbəti bu haqdadır.

Mixail Smotryayev: Məruzədə yazırsınız ki, Avropa qeyi-nüvə cəbbəxanasını gücəndirməlidir ki, Rusiya ilə qaçımaz mümkün münaqişəyə hazır olsun və Rusiyada düşünməsinlər ki, Avropada hamı pasifistdir. Bu, gecikmiş və səmərəsiz qərar deyilmi?

Ceyms Şerr: Rusiya bilərəkdən soyuq müharibədən sonrakı Avropada əsas prinsipləri pozdu. Məruzədə məqsəd Rusiya rəhbərliyinin düşüncəsini, Rusiyanın əhvali-ruhiyyəsini və nəticələri izah etməkdir. Məruzənin məqsədi sistemi necə müdafiə etməyi nəzərdən keçirtməkdir. Bu, praktikada hərbi deyil, siyasi məsələdir.

-Rusiya ilə vuruşmaq 1991-ci ildəki kimi (sülh prinsiplərinin pozulmasında son hadisə – Küveytin işğalı) İraqla vuruşmaq deyil. Məruzənin siyasi çalarına gəlincə, Avropada bütün bu müddət ərzində bunu yetərincə qiymətləndirmədilər. Artıq bir neçə ildir ki, Rusiyaya etdiyinə icazə verməmək, sonra isə onunla danışıqları davam etdirmək tipli məsləhətlər verilir. 2008-ci ildə Gürcüstandakı münaqişədən sonra bu haqda ilk dəfə ciddi şəkildə danışmağa başladılar. O vaxtdan heç nə dəyişilməyib. İndi sizin məruzəyə fikir verirlərmi?

C.Ş.: Danışıqların aparılması üçün şərait yaratmaq lazımdır. Bu gün hesab edirik ki, bu cür imkan yoxdur. Rusiya rəhbərliyi hesab edir ki, qüvvə üstünlüyü var, Qərb isə olduqca zəifdir. Məruzə müəllifləri hesab edirlər ki, Rusiya ilə mübarizə hələ uzun müddət sürəcək.

-AB-nin birgə fəaliyət istəyinə gəlincə, bu, deyəsən, yoxdur. Ayrıca hər bir dövlətin çərçivəsində var. O, bir çox hallarda “Ruslara müharibədən sonrakı dünya nizamını pozmağa imkan vermərik” kimi mücərrəd anlayış mövcuddur, lakin Kreml bu sistemi pozur – əvvəlcə kiçik, indi isə daha böyük miqyasda. Biz dünən yayda Ukraynanın şərqində yeni hərbi əməliyyat imkanını müzakirə etdik. Və heç nə baş vermir? Bəs iradə haradadır?

Pavel Bayev: Qərb haqda çox qəribə təsəvvürü olan Kremldə nəzərdə tutulduğundan daha böyük hadisə baş verir. Bu, bir tərəfdən böyük təhdid, ikinci tərəfdən çürümə və dağılmadır. Lakin Kreml hətta NATO və AB-nin bu böhrana verə bildiyi bu cür mötədil cavaba da hazır deyil. Lakin orada başa düşməyə başlayıblar ki, Qərbdə cəhdlərin, birliyin artırılmasının vacibliyi haqda düşüncələr meydana çıxır. Demokratik dövlətlərdə edildiyi kimi, sakitcə ümumi mövqe işlənib hazırlanır, lakin bu, Rusiyanın xeyrinə deyil.

-Lakin demokaratik Qərb bu münaqişənin ətrafında yerləşən və fəal antirusiya mövqeyi tutmamağa üstünlük verən dövlətlərin önəmli daxili müqavimətini dəf edib hərəkətə gəlincə Rusiya SSRİ sərhədləri daxilində özünü bərpa edəcək, yeni soyuq müharibə 60-70-ci illərdəki kimi sabit məcraya keçəcək və dünya iki sistemin qarşıdurmasına dönəcək. Bu cür variant tam mümkünsüz görünür?

P.B.: Xeyr, bu, mümkün deyil. Mənim üçün hesablama nöqtəsi 1968-ci il çexoslovakiya böhranıdır. “Praqa baharı”nı boğmaqdan ötrü çexoslovakiyaya, təxminən, yarımmilyonluq qoşun yeritmək lazım gəldi. Hazırda Rusiya Ukrayna sərhədində 50-60 min əsgər cəmləşdirə bilir. Bu soyuq müharibənin kəmiyyət ölçüləri tamam başqadır. Ukraynanı gerçək şəkildə işğal etmək üçün ordu yoxdur. Böyük çətinliklə, lakin xeyli itkilərlə Krıma sarı quru dəhlizi yarmaq mümkündür. Və bu, strateji maksimumdur.

C.Ş.: İndiki durum soyuq müharibədəkindən daha təhlükəlidir. O zaman ümumi qaydalar var idi – xüsusən də nüvə silahına nisbətdə. Hazırda qaydalar yoxdur, şərqdə beynəlxalq qanunlar sistemi də yoxdur, Kremldə Qərbin maraqlarını xeyli dərəcədə tam anlamırlar.

-Razılaşmağa meylliyəm. Karib böhranı istisna olmaqla söyuq mühaibə dönəmində olar-olmazlar haqqında dəqiq təsəvvür var idi. Yenidən əldə edilmiş Krımın müdafisəi üçün Rusiyanın nüvə silahı tətbiq etməyə hazır olduğundan qürurla danışan Vladimir Putinə inanmaq olar, ya yox, bunu bilmirəm. Lakin qoy lap Rusiya efirində olsa da, bu cür söhbətlərin getməsi faktının özü olduqca qorxulu sindromdur. Bununla bağlı olaraq məruzənin tövsiyələrindən biri Avropa təhlükəsizliyinin bütövlüyünü bərpa etməkdir. Bunu etməkdənsə demək asandır.

P.B.: Bu məruzənin bir çox müddəalarını bu cür qiymətləndirmək olar. Bu böhranın nüvə ölçüsü son dərəcə təhlükəli şeydir. Məsələ burasındadır ki, Rusiyada son 5-10 il ərzində əzəmətli miqdarda resurslar nüvə qüvvələrinin modernləşdirilməsinə yönəldilib. Və baş vermiş böhranda bu yatırımlar işləmir. Buna görə də onu dövriyyəyə qoşmağa, hansısa dividendlər əldə etməyə böyük siyasi zərurət var. Bunu etmək çətindir. Durum soyuq müharibədən yüksək dərəcədə gözlənilməzliyi ilə fərqlənir. Lakin risklər böyükdür və çətin ki Kremldə nüvə müharibəsi ideyası ilə əylənsinlər. Burada gerçək ölçü – nüvə sınaqlarının təzələnməsidir.

C.Ş.: Əlavə etmək lazımdır ki, Rusiya vahimədən strateji silah kimi istifadə edir. Bu gün Baltikyanında müharibə təhlükəsi hiss edirlər. Bu cür durum özlüyündə təhlükəlidr. Rusiya tərəfdən səhv addımlar təhlükəsi mövcuddur.

-Təkcə Rusiya tərəfdən yox. AB həm iqtisadi durum, həm dünya siyasətindəki mövqeyi və mentalitetinə görə xeyli fərqlənən 28 ölkəni birləşdirir. Sovet imperiyasından nisbətən yaxınlarda çıxmış Baltik ölkələri və yaxud Polşada Rusiyaya yaxınlıqla bağlı əvhai-ruhiyyə mövcuddur, Norveç və yaxud Britaniyadansa orada ictimai narahatlığın dərəcəsi yüksəkdir. Bu bizi Qərb ölkələrinin vəhdəti məsələsinə qaytarır. Tərəfdaşların cürbəcürlüyünü nəzərə almaqla bunu əldə etmək çətindir. Bunu necə etməyin resepti varmı?

P.B.: Bu böhranın nəticəsi Almaniyanın Avropa və dünyada liderliyinin güclənməsi oldu. Amerika liderliyinin də güclənmə ehtiyatı var, lakin Almaniyanın mövqeyi həlledicidir. Rusiyada baş verənlərin oradakı dəyərləndirilməsi olduqca ciddi və düzgündür. Tam birliyə nail olmaq çətindir, bəlkə də, mümkün deyil. Kimin üçünsə Aralıq dənizindəki mühacirlər, Yunanıstanın defoltu daha önəmlidir. Lakin növbəti raundda sanksiyaların ən ciddi şəkildə həll edilməsi üçün yetərincə birlik var.

C.Ş.: Lak
in Kremldə başa düşürlər ki, Merkel koalisiya şəraitində idarə etməyə məcburdur və hələ Ştaynmayer də var. Hələlik baş verməsə də, Almaniya hökumətini parçalamaq imkanı var. Lakin Qərb ölkələrinin birliyi mənim gözlədiyimdən də xeyli möhkəm çıxdı. Ancaq bu siyasətin lazımi nəticələr əldə edilənə qədər davam edəcəyi barədə hədsiz nikbinliyə qapılmaq lazım deyil.

-Məruzənin praktik xarakterli daha bir məqamı – Ukrayna böhranının məqbul həlli əldə edilməyincə və Rusiya beynəlxalq öhdəliklərə əməl etməyincə Qərb daha geniş kontekstdə Rusiya ilə əməkdaşlıq ssenarisinə qayıtmamalıdır. Rusiyanın nə zamansa tanınmamış respublikalara dəstəkdən çəkiləcəyi və qoşunları sərhəddən geri çəkəcəyini ehtimal etmək çətindir. Hərçənd ki bu, orta perspektivdə nikbin həll olardı.

P.B.: Bu variantın həyata keçməsi ehtimalı hətta sıfıra yaxın olsa da, onu qeyd etmək əhəmiyyətlidir. Həm də Kreml üçün deyil, Rusiya elitasının daha geniş dairəsi üçün. Lakin məruzədə bu ideya da var ki, bu, Putinlə mümkün deyil.

-Məruzənin daha bir məqamı: çinlə və əksəriyyəti boynuna almasa da, Rusiyanın siyasətindən rahatsız olmağa əsası olan keçmiş sovet respublikaları ilə diskussiyalarda Qərbin siyasətini müntəzəm şəkildə izah etmək. Burada Qərb siyasətini çinə izah etmək cəhdi maraqlıdır. Hərçənd, görünür, çində onu belə də çox gözəl başa düşürlər. Lakin bu, müstəsna dərəcədə önəmlidir, çünki hazırda Kremldə çini Rusiyanın ən yaxşı dostu kimi qələmə verilir. Ola bilsin, məhz Kremlə çatdırmaq lazımdır ki, onun çinlə yolu müəyyən vaxta qədərdir. Bunun xeyri olarmı?

P.B.: Ukraynaya görə çinlə dialoqu yoluna qoymaq mənasında son dərəcə maraqlı fikirdir. Bu böhranın sonrakı gərginləşmsəi çinə lazım deyil və təhlükəli görünür. Rusiya beynəlxalq sistemin, dünya nizamının dağılmasına ümid edir. Bu dağıntı çinə lazım deyil. Bu nizamın əsas xeyrini görən çindir. O, nizamın müəyyən dərəcədə təshihində maraqlıdır, lakin dağıntı və fəlakət ona lazım deyil. O, ABŞ-la mənfi qarşıdurmaya deyil, yeni münasibətlər qurmağa köklənib. Kremldə Merkelə böyük şübhə ilə qulaq asırlarsa, çini olduqca diqqətlə dinləyirlər. Dövlət katibi Kerrinin Soçidəki danışıqlarındansa bu daha effektli olacaq.

C.Ş.: çinə münasibətdə vahid Qərb siyasəti yoxdur. ABŞ-da bu baxımdan strategiya var, bizi əsasən kommersiya maraqlandırır. Mən razıyam ki, çin udub və hamıdan çox udur. Lakin çin Rusiyaya konkret yardım etməyəcək, çünki onlar çin maraqları ilə Rusiya maraqlarını qarışdırmırlar.

-Hazırda heç kim çindən özəl yardım gözləmir də. Bu üsuldan Kremlə təzyiq üçün istifadə etmək cazibədar olardı. Lakin Qərblə Rusiyanın böyük münaqişəsində kiminsə tərəfini tutmaq çinin siyasi ənənələrində yoxdur. Ona görə də Ukraynadakı durum hələ uzun müddət həll olunmayacaq.

P.B.: çində SSRİ-nin yıxılmasının unikal təcrübəsini son dərəcə diqqətlə araşdırırlar. çin hadisələrin beləcə fəlakətli inkişafının qabağını almaq istəyərdi.

BBC, Rus xidməti (Böyük Britaniya)

08.06.2015