XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

09 May 2016 - 21:24

“Cərimə və aliment ödəməyənlər ölkədən buraxılmasın!”- Deputatdan təklif

Elmira Axundova

“Cərimələrini vaxtında ödəməyən bütün vətəndaşların ölkədən çıxışına yasaq qoymaq lazımdır”.

Deputat Elmira Axundova belə hesab edir. E.Axundova bildirib ki, oğurluq, avtomobil ələ keçirtmə, əmlakı qəsdən məhv etmə və ya zədələməyə görə cərimələr sərtləşdirilir. Ancaq cərimələr artdıqca onu ödəyən insanların sayı da azalır. Buna görə də tədbirlər görmək lazımdır.

“Aliment ödəməkdən imtina hallarına tez-tez rast gəlinir. Belə şəxslərə qarşı ölkədən çıxma məhdudiyyəti tətbiq olunur. Bu qadağanı digər cərimələri ödəməyənlərə qarşı da tətbiq etmək olar” – deyən deputat qeyd edir ki, bu cür hallarla mübarizə aparmaqdan ötrü Cinayət və İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilməlidir(modern.az).