XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 14:43

ATƏT-in Bakı ofisinin bağlanması…- KXCP pislədi
Bu gün KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Strateq.az xəbər verir ki, iclasda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqında məlumat verilib:
“KXCP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin partiyanın Təbriz, Binəqədi, Qaradağ, Bərdə və Masallı rayon şöbələrində keçirilən konfranslarla bağlı məlumatları dinlənilib. Konfransların KXCP Nizamnaməsinə uyğun keçirildiyi, seçkili orqanların tam formalaşdığı və KXCP III Qurultayına nümayəndələrin seçilmələri haqqında məlumatlar nəzərə alınıb. KXCP rayon şöbələrinin konfranslarının nəticələrinin tanınması haqqında qərar qəbul edilib”.
Bundan əlavə, yaxın keçmişdə hakimiyyət tərəfindən bir çox demokratik instutların Bakıda bağlanmış ofislərinə yenisinin əlavə edilməsi ilə bağlı narahatlıqlar bildirilib:
“Seçki ili olmasına baxmayaraq, bu günlərdə seçkiləri müşahidə edən əsas beynəlxalq təşkilatın-ATƏT-in Bakı ofisinin bağlanması Azərbaycan hökümətinin demokratik dünyadan uzaqlaşması istiqamətində ardıcıl siyasət apardığını göstərir. Bu cür fəaliyyət ölkəmizin demokratik dünyadan tam təcrid olunması ilə nəticələnəcəyindən narahatlıq keçirən KXCP hakimiyyətin bu cür fəaliyyətini pisləyir”.
İclasda Türkiyə Cümhuriyyətində keçirilən parlament seçkilərinin ilkin nəticələri müzakirə edilib:
“Bu seçkilər Türkiyə cümhuriyyətində demokratik dəyərlərə yüksək qiymət verildiyini bir daha sübut etdi. KXCP Türkiyə seçicilərinin seçiminə yüksək qiymət verir, seçkilərin nəticələrinin Türkiyə vətəndaşları, bütövlükdə türk və müsəlman dünyası üçün xeyirli və uğurlu olmasını arzulayır”.
Strateq.az