XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 04:59

Rusiyaya qarşı sanksiyalar uzadılacaq – Putin təklənib

merkel-sammit.jpg

“Böyük yeddiliyə” daxil olan ölkələrin liderləri Rusiyanın Krım və Ukraynanın şərqində hərəkətlərini pisləyib və lazım gələrsə, ona qarşı sanksiyaların artırıla biləcəyini deyiblər.

Bu barədə Almaniya Kansleri Angela Merkel Böyük Yeddiliyin Bavariyada keçirilən iki günlük sammitinin nəticələrinə dair mətbuat konfransında bildirib.

“Biz Krımın, beynəlxalq hüquqa zidd olan işğalını yekdilliklə pisləyirik. Biz bəyan edirik ki, Ukraynanın cənub-şərqində münaqişəni Minsk razılaşmasına əsaslanaraq, siyasi yolla həll etmək mümkündür”, xanım Merkel deyib.

Ukrayna münqaşəsinin sülh yolu ilə həllinə dair razılaşma fevralın 12-də danışıqlar zamanı əldə edilib.

“Biz razılaşırıq ki, sanksiyaların qaldırılması Minsk müqaviləsinin həyata keçirilməsinə bağlıdır və lazım gələrsə, baxmayaraq ki, biz bunu istəmirik, biz sanksiyaların gücləndirilməsinə hazırıq. Ancaq biz düşünürük ki, Minsk razılaşması əsasında siyasi prosesi inkişaf etdirmək üçün hər şey etməyə hazırıq”, Merkel əlavə edib.

Bundan öncə Angela Merkel və ABŞ prezidenti Barak Obama Rusiyaya qoyulmuş sanksiyaları ləğv etməmək barədə razılaşıblar.

Rusiyaya qarşı sanksiyalar bir neçə mərhələdə ABŞ, Avropa İttifaqı və bir neçə digər ölkə tərəfindən ötən il tətbiq olunub.

Belə qərara səbəb ötən il Krımın Rusiyaya birləşdirilməsi və bundan sonra Donbassda başlayan müharibə olub.

Bu ay Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların davam edib-etməməsi ilə bağlı rəsmi qərar qəbul etməlidir. Ekspertlərin qənaətlərinə görə, “Böyük 7-lik” ölkələrinin Almaniyada keçirilən sammitində ABŞ-ın yanaşması əsas götürülüb. Vaşinqton avropalı tərəfdaşlarını Moskvaya qarşı sərt siyasətin davam etdirilməsinin zəruriliyinə inandıra bilib. Almaniyanın bu məsələdə Vaşintonla tam həmrəy olması isə Rusiya üçün yaxşı heç nə vəd etmir. Eksperlət qeyd edirlər ki, ABŞ-Almaniya tandeminin gücü Rusiyanı və prezident Putini hələ bir müddət də təcrid olunmuş vəziyyətdə saxlamağa yetərlidir.

Elə Rusiya ekspertləri də qeyd edirdilər ki, Moskvaya münasibətdə sammitin nəticələri Almaniyanın mövqeyindən asılı olacaq. Görünür Rusiya təhlilçilərinin ən bədbin proqnozları doğrulub.

Strateq.az