XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2016 - 10:24

Sarkisyanla Aİ-nin xüsusi nümayəndəsi arasındaQarabağ müzakirəsi

Ermənistan prezidenti Serj Sarkisyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Gerbert Zalber ilə Yerevanda keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə edib.

APA-nın Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən məlumatına görə, görüşdə atəşkəs rejiminin pozulması hallarının araşdırılmasının və etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin görülməsinin vacibliyi qeyd olunub. Tərəflər qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur.