XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 08:00

Bütün dünyanın İŞİD qarabasması – Replika

Obama, Kemeron, Olland, özünüzə gəlin!

Hələ iki həftə əvvəl hamıya çox gözəl məlum idi ki, İŞİD Hasekeyə hücum hazırlayıb. Bu gün mətbuat yazır ki, Suriyanın quzey-şərqindəki bu şəhərin ətrafında İŞİD-çilərin məngəsi daralır. Yaxşı, Qərb rəhbərlərinə məsləhət verən bu strateqərlər kimdir bəs? Nə qədər ki qanlı cəlladlar şəhərə doğru irəliləməyib, Obamanı, Ollandı, Kemeronu və başqalarını onların başına bomba yağışı yağdırmağa inandıra bilməyən bu ekspertlər kimdir? Ən axırıncı axmağa da aydındır ki, İŞİD-in bədheybətləri şəhərə girməyibsə, onları məhv etmək xeyli asandır. Lakin bizim təyyarələr və pilotsuzlar havaya qalxmadı və radikallar indi, demək olar ki, Hasekenin özündədirlər. Şəhərə girsələr, onları oradan çıxartmaq son dərəcə çətin olacaq. Fanatiklər bu arada, yəqin ki, hələ də orada qalan xristianların (qaçmağa pulu çatmayanların – axı ailə ilə yola çıxmaq ucuz başa gəlmir, bunun üçün maşın, yanacaq lazımdır) qanını axıdacaq, kürdlərin qətliamını təşkil edəcək, ən müxtəlif xalq və dinlərin təmsilçilərinin haçansa dinc şəkildə yaşadığı şəhəri artıq “təmizlənmiş baza”ya çevirib hakimiyyətlərini möhkəmlədəcəklər. İŞİD-in Hasekenin qapılarına yaxınlaşmağına mane ola bilmədik.

Müşavirlər, strateqlər, ekspertlər və Qərbin ən güclü ordularının zabitləri, bəs indi buna nə sözünüz var? İndi nəsə etməyə başlayıb kürdlərə son dərəcə lazım olan silahı verəcəksinizmi? Yoxsa yenə də yubanmağa və mühakimə yürütməyə, vurnuxmağa başlayacaqsınız? Və hər halda düzgün qərar qəbul edəcəksiniz, lakin artıq şəhərin küçələrində qal sellənəndən sonra? Məgər hələ də başa düşməyibsiniz ki, sizin sonsuz vurnuxma və şübhələriniz Yaxın Şərqdə ümumi dəyərlər və insan haqlarına inamı hər dəfə daha da sarsıdır?

Axı orada İŞİD-in arxasında Qərbin durduğu haqda konspiroloji ideya getdikcə daha çox yayılır. Kürdlərin bizə hələ də olub-qalan ümidlərini tam şəkildə dəfn etmək istəyirsiniz? Universitet və kolleclərdə sizə nələri öyrədiblər?

Bəli də, axı İŞİD-i dayandırmaq elə çətin işdir! Əlbəttə. Lakin əl-Bağdadinin ordusu Hasekeyə soxulanda daha çətin olacaq.

Obama, Kemeron, Olland, özünüzə gəlin! Sizin mürgünüz bütün dünya üçün qarabasmadır!

Bernar Şalşa

“La Regle du Jeu” (Fransa), 09.06.2015