XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

11 May 2016 - 18:59

Azərbaycanlı Rusiya Dövlət Duması deputatlığına namizəd oldu –Açıqlama

ramin-qasimov

Azərbaycanlı Ramin Qasımov Rusiya Dövlət Duması deputatlığına namizəddir.

Bu barədə Dərbənddə yaşayan həmkarımız Telman Tahirli bildirib.

Onun dediyinə görə, həmyerlimizin namizədliyi hakim “Vahid Rusiya” (“Yedinaya Rossiya”) partiyasından, Dağıstan Respublikasında yerləşən 11 saylı seçki dairəsindən verilib.

“Ramin Qasımov hazırda Dərbənddə görüşlər keçirilir. Onun Dövlət Dumasının deputatı seçilmək şansı çoxdur. May ayının sonunda "Vahid Rusiya" partiyasının Dağıstan üzrə namizədlərinin tam siyahısı bəlli olacaq. Sentyabrın 18-də isə seçkidir. Ramin Qasımovun şansları isə yüksək dəyərləndirilir”, – deyə Dərbənddəki mənbə bildirib.

Xatırladaq ki, Ramin Qasımov 1978-ci il aprelin 4-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. Hazırda Moskvada yaşayır. Dövlət Duması deputatının köməkçisidir.

Onu da qeyd edək ki, Rusiya müstəqillik qazanandan Dumada milliyyətcə azərbaycanlı deputat olmayıb(Lent.az).