XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2016 - 21:40

Ümid Partiyası Baş Prokurorluğa və DİN-ə müraciət  etdi –Seçki qalmaqalı

iqbal-aqazade-1

90 saylı Ağdaş seçki dairəsindən təkrar seçkidə namizədliyi Milli Məclisə irəli sürülmüş Ümid Partiyası sədrinin imzatoplama kampaniyası zamanı səlahiyətli nümayəndlərə və  imza toplayanlara qarşı edilən qanunsuzluqlarla bağlı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə  şikayət edilib.

Bu barədə Strateq.az-a Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyev  məlumat verib.

Taleh  Əiyev bildirib ki, imza toplama kampaniyası zamanı xeyli sayda qanunsuzluqlarla, ayrı-ayrı xüsusi öyrədilmiş adamların basqısı, təzyiq və təhqirləri ilə üzləşirlər:

"Bu barədə dəfələrlə DSK sədrinə məlumat versək də, Seçki Məcəlləsinin tələbləri yerinə yetirilmədi. Baş verən qanunsuzluqlarla bağlı 102 xidməti ilə bir neçə dəfə polisə müraciət etmək məcburiyyətində qaldıq. İmza toplama kampaniyasını may ayının 8-də yekunlaşdırmışıq. Aldığımız məlumata görə, bizim namizədin müdafiəsi üçün imza etmiş seçicilərə təzyiqlər davam edir. Əldə etdiyimiz faktların araşdırması ilə bağlı həm Baş Prokurorluğa  və DİN-ə şikayət etmişik".